AUTIZM SPEKTRUM POZĞUNLUĞU Təxmini 3 yaşından başlayan autism hazırki dövrümüzdə ən çox görülən nevroloji pozğunluqlardan biridir. Əsasən sosiallaşmadan kənar ünsiyyət anomaliyaları,eyni hərəkətləri təkrarlamaq,göz təması qurmamaq və s. kimi narahatlıqlar olur.Boy artımı, vücudun inkişafı,kilo almaq kimi bir sıxıntı olmur, autizmli usaqların digər usaqlardan fərqli görünüşləri yoxdur.Autizmlərdə əsl problem odur ki,bu davranışlar məhdud maraqlara və social əlaqə ünsiyyətlərinə zərər verən,təkrarlanan hərəkətlərə gətirib çıxardır.Bəzilərində isə normal psixososial inkişaf olub, əvvəllər ana ata kimi ilk kəlimələrlə özünü ifadə etsə də daha sonra inkişafdan geriləmə hiss olunur.
Autizm nədən yaranır?
Autizmin dəqiq yaranma səbəbi günümüzə qədər hələ də tapılmayıb.Genetik və bəzi çevrə faktları autizmin səbəbi olaraq göstərilmiş,ancaq dəqiq isbatlanmamışdır.
Autizm Spektrum pozğunluqlarının əlamətləri asağıdakılardır.
Göz kontaktı qura bilməmək
Duyğuları ifadə edə bilməmək
Qarşılıqlı əlaqələri başlamaq və saxlamaqda çətinlik
Məhdud təkrarlanan davranışlar
Sıxılma və təkrarlanan motor hərəkətləri
Rutinə ciddi riayət etmək
Məhdud və sıx maraq
Oyanmanın altında və ya həddindən artıq emosional olmaq
Autizmdə Refleksoloji Müayinə
Autizm daha çox beyin və bağırsaq yollarına toxunan tibbi bir durum oldugundan vücudu zərərli maddələrdən təmizləmə metodlarını tətbiq etməklə müsbət nəticələr alınan terapiya növüdür.Autizm usaqlarda hiss və duyğu orqanlarının tərəfindən verilən məlumatların qəbulu, işləməməsi və mənasını çıxarmaq qabiliyyətini təkmilləşdirməklə zehni funksiyaları artırır və davranış problemlərini azaltmağı hədəfləyir.Hər zaman təkrarlanası hədəf bölgəni işləmək şərtdir.
Tənəffüs oksigenin bədən mayeləri ilə bütün bədənə keçməsini təmin edir.Bədən mayelərində o cümlədən beyində oksigen miqdarının artması ,oksigen çatmamazlığı səbəbindən işlərini görə bilməyən hüceyrələrin fəaliyyətini aktivləşdirərək ,vəzifələrini yerinə yetirə bilməsinə yardım edir.
Dediyimiz kimi refleksoloji tətbiqi ilə bədəni yenidən balanslaşdırmağa yönəlmiş təbbi özünü müalicədir.
Hər bir autizmli uşağın yaşını və dərəcəsini nəzərə alaraq müvafiq sinirlərin sononlanan nöqtələrini stimullaşdırmaqla müsbət nəticələr əldə edilə bilərik.
Terapiyanın kursu diaqnozun ağırlıq dərəcəsinə və digər səbəblərə görə dəyişir